Dünya şöhrətli kamança ifaçısı Mark Eliyahu yenidən Bakıda 


Məşhur israilli  kamança ifaçısı Mark Eliyaxu “The Show is about Love” (“Sevgi haqqında şou”) adlı turne çərçivəsində iyunun 4-də Heydər Əliyev Sarayında çıxış etdi.

Mark Eliyahu 1982-ci ildə Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. Sonra ailəsi İsrailə köçüb. 

Musiqiçi müxtəlif  ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.

Mark Eliyahu təkcə musiqiçi deyil, o həm də multikulturalizmin və sülhün nümayəndəsidir. İfası ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqləri aşaraq, dünyaya nikbin mesajlar çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyahu musiqisevərlərin ürəyinə yol tapır.

İfaçını Azərbaycanla çox şey bağlayır.

Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verir. On altı yaşında o, Azərbaycana gəlir və Əməkdar artist Ədalət Vəzirovun rəhbərliyi ilə kamançada ifa sənətinə yiyələnməyə başlayır. Bakıda iki il qaldıqdan sonra İsrailə qayıdıb, Qərb və Şərq musiqisini daha dərindən öyrənir.

Bakı konsertində o səhnəni məşhur oğluyla bölüşüb.
Mark Eliyahu virtuoz ifası ilə xüsusi ab-hava yaradaraq azərbaycan tamaşaçılarına gözəl canlı musiqilər bəxş edib. Səhnədə məşhur sənətçini musiqiçiləri , həmçinin onun atası müşayiət edib.

Gecənin qonağı, Əməkdar artist Bəyimxanım Vəliyeva Məhəmməd Hüseyn Şəhriyarın “Ulduz sayaraq” şeirinə yazılmış mahnını səsləndirdi.Eliyahu onu bağlama ilə müşayiət edib. 

Konsert anşlaqla keçib və hamının zövgünə oxşayıb.
Konsertin təşkilatçısı Boom! Group şirkətidir.


Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57