Tevfik Ulualın “Ürəyimdəki Azərbaycan” sərgisi baş tutdu


  1 iyun Bakıda, Landmark otelində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Bakı nümayəndəliyinin mədəniyyət və təhsil attaşesi, fotoqraf Tevfik Ulualın “Ürəyimdəki Azərbaycan” adlı fotosərgisi keçirilib.

LİVE.az xəbər verir ki, sərgi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub.

Tədbirdə çıxış edən Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer qonaqları salamladıqdan sonra sərgi haqqında məlumat verib.

"Təmsilçiliyimizin Təhsil və Mədəniyyət müşaviri Tevfik Ulualın fotolarından ibarət "Ürəyimdə Azərbaycan" adlı sərgimizə xoş gəlmisiniz. Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı təmsilçiliyi olaraq müstəqil, müasir və modern Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini taclandırmaq üçün, gözəl ölkə Azərbaycanın fərqli məkanlarından Tevfik Ulualın obyektivinə yansıyan fotoları, təşkil etdiyimiz sərgi ilə qonaqlarımıza təqdim edirik. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi önündə hörmət və ehtiramla əyilərək, yandırdığı mübarizə məşəlini bu gün böyük uğur və şərəflə daha da irəliyə aparan cənab prezident İlham Əliyev rəhbərliyi altında Can Azərbaycanın daha da inkişaf edərək yüksəlişinə şahid olmaqdan qürur duyuruq. Kuzey Kıbrıs Türk Cumhuriyyəti ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərində mədəni, sənət, ictimai və idman sahəsi əhəmiyyətli rol oynayır. Can Azərbaycandan yolu keçən hər kəsin qəlbində yaranan sevgi, azərbaycanlıların bizim yaddaşımıza saldığı iz, Azərbaycana bağlılıq və bağımlılıq yaratmaqdadır".

Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı təmsilçiliyinin rəhbəri sərginin kuratoru - rəssam Ağdes Bağırzadəyə, sərgidə dəstəyi olan Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıça da təşəkkür edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı sərginin açılışı ilə Tevfik Ulualı təbrik edib, ona müvəffəqiyyətlər arzulayıb.

“Mədəni sənət paylaşımlarının ölkələrimiz arasında qardaşlıq bağlantısını daha da artıracağını düşünürəm” deyən Tevfik Ulual  təşkilatçılara öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Tevfik Ulual 2008-ci ildən fotoqraflıqla məşğul olur.

Sərgidə bir çox ictimai-siyasi şəxslər iştirak ediblər.

Sərgidə Bakının gözəlliklərini, Azərbaycan təbiətin zənginliklərini əks etdirən fotolar yer alır. Sərgilənən fotolar ziyarətçiləri Azərbaycana vizual və bədii səyahətə dəvət edir.














 
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57