"Mənə biraz ondan danış..."musiqili poeziya gecəsi baş tutdu

30 May  Heydər Əliyev sarayında "Pars Group"un təşkilatçılığı ilə bədii qiraətçi - Anar Atakişinin "Mənə biraz ondan danış..." adlı musiqili poeziya gecəsi baş tutdu. 

Anar Atakişini səhnədə İdris Hüseynovun "Nəqşicahan" instrumental qrupu müşayiət etdi. Konsertin musiqili qonaqları - Xatirə İslam və Mirələm Mirələmov gecəyə xüsusi rəng qatdılar. 
 
Azərbaycanın gənc və tanınmış  şairlərin şeirləri Anar Atakişinin ifasında tamaşaçıların ruhunu oxşadı. Konsertdə sevgi , kişi və qadın münasibəti, ana, vətən və dövlətçiliyə aid şeirlər səsləndirildi.
Ölkədə poeziya gecələrin keçirilməsi çox vacibdi.  Bələ layihələrin əsas məqsədi  yeni Azərbaycan  şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılması və yeni istedadlı yazarların aşkar edilərək, təbliğ olunmasıdır.

 
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57