“Avroviziya”nın birinci yarımfinalına yekun vurulub

Böyük Britaniyanın Liverpul şəhərində keçirilən “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalına yekun vurulub.

Azərbaycanın yarışmadakı təmsilçiləri Tural və Turan Bağmanov qardaşları mübarizəni yarımfinalda dayandırıblar.

Finala keçənlər isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri olub.

Xatırladaq ki, mahnı müsabiqəsinin yarımfinalı mayın 11-də, finalı isə 13-də baş tutacaq.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri