Türkiyənin məşhur müğənnisi Koray Avcı Bakıda konsert verib

 


Mayin 1i Bakı Konqres Mərkəzində Türkiyənin məşhur müğənnisi Koray Avcının konserti baş tutdu.
2010ci ildən Koray Avcı Muğlada, sonra isə Ankarada qitaraçı dostu ilə birlikdə küçələrdə ifa etmək başlayır. 2012-ci ildə metroda oxuduğu mahnı bir gənc tərəfindən lentə alınıb paylaşıldıqdan və bu video böyük marağa səbəb olduqdan sonra Koray öz kliplərini çəkib YouTubeda yayımlandırır.  O, güclü səsi və səmimi ifaları ilə geniş auditoriyaya qazanır. İldə 180-ə yaxın konsert verən Avcı Dokuz Sekiz Müzikin sahibi olan Ahmet Çelenkle  albom hazırlamağa qərar verir.  2015-ci ildə "Aşk ile" adlı ilk solo albomunu buraxır.

Koray Avcı Bakı Konqres Mərkəzində ölkəmiz haqqında təəssüratını bölüşüb: "Bakıya ilk dəfə gəlirəm. Çox gözəl şəhərdi. Azərbaycan böyük bir məmləkətdir və böyük insanları var,  özümü burada ölkəmdəki kimi hiss edirəm".
Koray Avcı şəhid ailələrinə konsertinə gəldiyi üçün təşəkkür edib: "Qarabağın azadlığı uğrunda canlarını verən şəhidlərimizin ailələri və övladları konsertimə xoş gəlmisiniz".


Qısa zamanda böyük pərəstişkar kütləsi toplayan, mahnıları dildən-dilə dolaşan və özünəməxsus səs sahibi olan müğənni konsertdə sevilən mahnılarını səsləndirib. Onların arasında: "Adaletin Bu mu Dünya","Hoş Geldin","Yanımda Sen" ,"Yakarım Geceleri", "Hangimiz Sevmedik", "Senin İçin Değer", "Kim Bilir","Yuh Yuh","Sen","Sarhoş Gibiyim" və s. Konsertdə "Yandırdın qəlbimi" və "Saçlarına gül düzüm" azərbaycan mahnılarıda yer alıb.

Konsertin təşkilatçısı- Event Office.








 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri