Türkiyənin məşhur müğənnisi Mabel Matiz Bakıda konsert verdi




Aprelin 23-ü Türkiyənin məşhur müğənnisi Mabel Matiz Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
 
“Salam, gözəl Bakı. Necəsiniz? Bakıda olmaq çox gözəldir. İlk dəfə Bakıda konsert verəndə tamaşaçılarımla xoş zaman keçirmişdik və çox əylənmişdilər. Ümid edirəm ki, bu gün də çox gözəl gecə olacaq və hər kəs əylənəcək",- deyə Mabel pərəstişkarlarını  salamladı.

Ən son "Antidepresan" mahnısı ilə musiqi hit-paradlarını alt-üst edən müğənni bu dəfədə böyük sevgi və coşqu ilə qarşılandı.

Konsertdə Mabelin köhnə hitləri və yeni mahnıları yer aldı, onların arasında: "Zor Değil", "Aşk Yok Olmaktır", "Öyle Kolaysa","Fırtınadayım", 'Antidepresan" və s.

Konsertin təşkilatçısı - Event Office şirkətidir.

Event Office tərəfindən həyata keçirdilən bu konsertin gəlirlərinin bir hissəsi TÜİB vasitəçiliyi ilə Türkiyədəki zəlzələdən zərərçəkmişlərə bağışlanacaqdır.









 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri