Azərbaycanda 10 səyyar kinoteatrın yaradılması təklif olunur


Azərbaycanda 10 səyyar kinoteatrın yaradılması təklif olunur.

Bu təkliflə Əməkdar incəsənət xadimi, kinorejissor, aktyor Elxan Cəfərov “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda "İdeologiya. Milli kino - dünən, bu gün və sabah" adlı paneldə çıxış edib.

Onun sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən kinoteatrların sayı azdır: “Bu səbəbdən də təklif edərdim ki, ölkə üzrə 10 səyyar kinoteatr yaradılsın. Bununla da kənd və qəsəbələrdə kinolarımızı nümayiş etdirə, daxili bazarda tamaşaçı kütləsini çoxalda bilərik. Ən azından xaricə bazara çıxmaq üçün mexanizmlər olmasa da, heç olmasa daxili bazarı ələ almağa çalışmaq lazımdır. Ümumi problemlər çoxdur. Ona görə də konkret və lokal addımlar atmaq lazımdır".



Report
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57