Svetlana Loboda Azərbaycanda solo konsertlə çıxış edəcək   



ViaGra" grupun keçmiş iştirakçısı, Eurovision 2009 musiqi müsabiqəsinin Ukrayna təmsilçisi, məşhur ukraynalı ifaçısı,"К черту любовь" (Rədd olsun sevgi), "Твои глаза" (Sənin gözlərin), "Мира мало" (Dünya azdır), "В зоне риска" (Risk zonasında) kimi hitlərin ifaçısı Loboda, Bakıda böyük solo konsert proqramı ilə çıxış edəcək.


LIVE.az life.az-a istinadla xəbər verir ki, konsert 9 may Bakı Konqres Mərkəzində baş tutacaq.   Qonaqları live sound, qızmar və fantastik musiqili program gözləyir.


Konsertin təşkilatçıları- 33 EVENT və SHOWTIME Booking Agency.

       

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri