Türkiyənin məşhur müğənnisi Koray Avcı Bakıda konsert verəcək

  


Mayin 1i Bakı Konqres Mərkəzində Türkiyənin məşhur müğənnisi Koray Avcının konserti baş tutacaq.


LIVE.az xəbər verir ki, qısa zamanda böyük pərəstişkar kütləsi toplayan, mahnıları dildən-dilə dolaşan və özünəməxsus səs sahibi olan müğənni ən sevilən musiqiləri ilə paytaxtımızda pərəstişkarları qarşısında çıxış edəcək.


Təşkilatçı Event Office tərəfindən həyata keçirdilən bu tədbirin gəlirlərinin bir hissəsi TÜİB (Türkiyə-Azərbaycan İş Adamları və Sənayəçiləri İctimai Birliyi) vasitəçiliyi ilə Türkiyədəki zəlzələdən zərərçəkmişlərə bağışlanacaqdır.



Biletləri onlayn və şəhərin bütün kassalarından əldə etmək mümkündür.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri