Serdar Ortacın Bakıda möhtəşəm konserti baş tutdu

  

1 aprel Bakı Kongres mərkəzin səhnəsində tanınmış türkiyəli ulduz Sərdar Ortac möhtəşəm konsert proqramı ilə çıxış etdi. Müğənnini orkestri və bek-vokalçıları müşayiət etdilər.

LIVE.az xəbər verir ki, konsertdən əldə edilən bütün gəliri Serdar Ortac zəlzələ qurbanlarına bağışlayacağını qeyd edib: "Konsertdən əldə edilən gəliri zəlzələ bölgəsinə göndərəcəm. Onlara kömək edəcəm. Allah sizdən razı olsun. Konsertimə xoş gəlmisiniz".
İfaçı ölkəmiz haqqındada təəssüratlarını bölüşüb:

"Mən Azərbaycanı və Bakını çox sevirəm. Əgər soruşsanız ki, Bakı, yoxsa İstanbul? Əmin edirəm ki, Bakı deyərəm.
Mənə dəniz kənarında balaca bir ev alsanız, buraya köçüb balıq tutacam".

 Gözəl ifaları ilə qəlbləri fəth edən müğənni  pərəstişkarlarının qarşısına sevilən mahnıları ilə çıxdı. Onların arasında:" İsmi Lazım Değil", "Havalı Yarim", "Ilaç", “Karabiberim”,  "Gitme", "Mesafe","Dansöz" və s.  Konsertdə Serdar Ortacın Azərbaycana aid yazdığı "Nar çiçəyim" mahnısı  yer aldı. Həmçinin iki azərbaycan mahnısıda səsləndi - " Saçlarına gül düzüm" və  " Bu qala daşlı qala".  
 
Konsert anşlaqla keçdi və hamının zövgünə oxşadı.

Serdar Ortaç - məhşur türk ifaçısı, bəstəkar və söz yazarıdı. Sənət aləminə 1994-cü ildə "Aşk İçin" albomu ilə daxil olan müğənni “Karabiberim” mahnısı ilə debüt etmişdir və 1-ci Kral TV Video Musiqi Mükafatlarında "Ən Yaxşı Çıxış edən Kişi Sənətçi Mükafatı"nı qazanmışdır. O,2006-cı ildə "Gitme" mahnısına görə “İlin klipi”, 2007-ci ildə Mü-Yap Musiqi Mükafatlarında "Mesafe" adlı albomu ilə “İlin ən çox satılan albomu” və 2009-cu ildə isə "Dansöz" mahnısı ilə “Ən yaxşı kişi sənətçisi” mükafatlarına layiq görülüb.

Konsertin təşkilatçısı – EMKI Production.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri