Məşhur türk müğənni Sertab Erener Bakıda konsert proqramı ilə çıxış edib

 

9 mart Bakı Konqres Mərkəzində məşhur türk ifaçısı Sertab Erener konsert proqramı ilə çıxış edib.

Sertab Erener konsertdə Bakı haqqında təəssüratlarını bölüşüb: "Bakıya ilk dəfə illər öncə gəldim və şəhəri çox sevdim. Bu dəfə şəhəri gəzməyə imkan oldu. Böyük bir dəyişiklik və inanılmaz fərqli bir Bakı gördüm. Bakı çox gözəlləşib. Bügün burda sizinlə birgə olduğuma görə çox şadam. Sizinlə musiqimi paylaşmaqdan böyük qürur duyuram. Musiqi hər birimizi birləşdirəcək".

Müğənni konsertdən əldə etdiyi gəliri Türkiyədəki zəlzələ qurbanlarına ianə edəcəyini açıqlayıb: "Ölkəmiz bizi çox kədərləndirdi. Həyatımızı sonsuza qədər dəyişdirəcək böyük bir hadisə baş verdi. Sizin də bizimlə eyni hissləri keçirdiyinizə əminəm. Bu konsertin bütün gəlirlərini ehtiyacı olan insanlara verməyə çalışacağıq".

Sertab Erener gecə boyunca sevilən hitləri ilə çıxış edib. Bununla yanaşı konsertə ifaçının yeni mahnılarida yer alıb.

Müğənni, həmçinin, “Zor kadın” mahnısının sözlərini dəyişərək, zalda əyləşən bəylərə “Siz kişilər, deyin ki, çətin adamam” deyərək oxutdurub.

Böyük anşlaqla keçən konsert hamının zövgünə oxşayıb.

Konsert "Peachline" və "Kevents Group"un təşkilatçılığı ilə baş tutub.






 


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri