“Akcent” qrupu Bakıda konsert verib

  

4 mart Heydər Əliyev Sarayında dünyaşöhrətli “Akcent” qrupunun konserti baş tutub. 

Özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən pop-musiqi qrupu öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edib.  Dragoste de inchiriat,  Stay with me, My passion, Hold on, Thats my name və digər mahnılar alqışlarla qarşılanıb.

Akcent” qrupu 1999-cu ildə Rumıniyada Adrian Klaudio Sina tərəfindən yaradılıb. Qrupun əvvəlki üzvlərinin ən parlaq mahnı və albomları müxtəlif dövrlərdə hitə çevrilib, bunun sayəsində Adrian Sina böyük populyarlıq qazanıb.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri