Dünyaca məşhur Akcent qrupu Bakıda çıxış edəcək




Martın 4-də 19.00 Heydər Əliyev Sarayında “Akcent” qrupunun konserti baş tutacaq.

Özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən qrup repertuarındakı mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.

“Akcent” qrupu 1999-cu ildə Rumıniyada Adrian Klaudio Sina tərəfindən yaradılıb. Qrupun əvvəlki üzvlərinin ən parlaq mahnı və albomları müxtəlif dövrlərdə hitə çevrilib, bunun sayəsində Adrian Sina böyük populyarlıq qazanıb.

Dragoste de inchiriat,  Stay with me, My passion, Hold on, Thats my name kimi mahnıları qrupa Avropa və onun hüdudlarından kənarda məşhurluq gətirib.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri