Dünya ulduzlarından Türkiyəyə dəstək paylaşımları




Dünyaca məşhur ulduzlar da Türkiyəyə dəstək məqsədilə sosial şəbəkə hesablarında paylaşım ediblər.

"Türkiyədə və Suriyada hər kəsə bütün sevgimi və gücümü göndərirəm. Bu, son 100 ilin ən böyük zəlzələsidir".

Bunu dünyaca məşhur amerikalı müğənni Cennifer Lopez sosial şəbəkə hesabında paylaşıb.

O, Kahramanmaraşda baş verən zəlzələdə həlak olanlar üçün başsağlığı mesajı paylaşaraq, izləyicilərindən UNICEF-ə ianə vermələrini istəyib.

Dünyaca məşhur müğənni Şakira Türkiyə və Suriyadakı zəlzələdən zərərçəkənlər üçün müraciət ünvanlayıb.

Müğənni sosial şəbəkə hesabında paylaşım edib.

O, izləyicilərindən UNICEF-ə ianə vermələrini xahiş edərək zəlzələdə həlak olanlara üzüldüyünü bildirib.

Dəstək mesajları yazanlar arasında Natali Portman, Billi Aylış, Bella və Cici Hadid, Luis Hemilton, Dakota Conson və başqaları var.  

LIVE.az bu paylaşımların bir neçəsini oxucularımıza təqdim edir:












   
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri