Elçin Cəfərov yeni lahiyəsini təqdim edib


 


Səhnə və rəqəmsal platformlardan bir müddət uzaq qalan Azərbaycanın məhşur estrada müğənnisi Elçin Cəfərov yeni lahiyəsini təqdim edib.

LIVE.az life.az-a istinadla xəbər verir ki, klip üzərində Ajda Pekkan, Bengü, Yalın, Hadise, Mustafa Ceceli kimi populyar simalarla əməkdaşlıq edən, həmçinin “G.O.R.A”, “Şans kapıyı çalınca”, “Aşk tesadüfleri sever”, “Deliha”, “Kardeşim benim” filmlərinin quruluşçu rejissoru Veli Kuzlu və onun əməkdaşlıq etdiyi “The Post Brother” komandası işləyib.

Ekran işində “Kanatsız kuşlar”, “Kiralık aşk”, “Medcezir”, “Hercai” kimi seriallarda rol alan aktrisa Özlem Gezgin yer alıb.

Ssenari bir zamanlar sevgili olan cütlüyün illər sonra qarşılaşması və yenidən eşq yaşamasından bəhs edir.

Elçin və Özlem Gezginin obrazı üzərində stilist Şule Zeytinci işləyib. “Qara uzun saçlar”ın layihə meneceri “Sartorial artist management” şirkətinin rəhbəri Vüqar Husiyevdir.

Kemal Yıldızın rejissorluq etdiyi “Qara uzun saçlar” klipi muğənninin musiqi və rəqəmsal platformlarında dinləyicilərin ixtiyarına verilib.  
Mahnının sözləri və musiqisi Elşən Mövsümova, aranjımanı Elvin İmanova aiddir.

Azərbaycanda musiqi fəaliyyətinə davam edəcəyini deyən müğənni iddialı olduğunu və şou-biznesdə özünə rəqib görmədiyini vurğulayıb:
“Çox iddialıyam.  Şou-biznesdə özümə heç kimi rəqib görmürəm.   Nə qədər imkan var, bu yolda ən uğurlu addımlar atacağam. Hesab edirəm ki, bu, mənim sonuncu şansımdır. İçimdə bir köhnə Elçin var. İstəyirəm ki, məni heç tərk etməsin”.

Onu da qeyd edək ki, Türkiyədə 18 saata, heç bir sponsor olmadan ərsəyə gələn “Qara uzun saçlar” mahnısının klipində türkiyəli aktrisa Özlem Gezgin yer alıb. Müğənni ona verilən qonorarı açıqlamasa da, aktrisaya kifayət qədər çox pul ödənildiyini deyib.









 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri