Türkiyəli tanınmış müğənni Zeynep Bastık Bakıda konsert verib




Türkiyəli tanınmış müğənni Zeynep Bastık Bakıda konsert verib.


LİVE.az life.az-a istinadla xəbər verir ki, konsert 21 yanvar Bakı Konqres Mərkəzində baş tutub.


Sənətçi "Sana bayılıyorum" mahnısı ilə konsert programını açıb.


Türkiyəli ifaçı Bakı Konqres Mərkəzində ikinci dəfə konsert verib.


 Konsertdə Zeynep Bastıkın “Ara”, “Uslanmıyor bu”," Yalan",  “Dargin” və digər populyar mahnılar səsləndi.


 Konsert böyük anşlaqla keçdi və hamının zövgünə oxşadı.


 Zeynep Bastık sağaldıqdan sonra ilk konsertini Bakıda verib. 


Xatırladaq ki, Zeynep evində yıxılmış, onurğa sümükləri sınmışdı. 


Konsertdən öncə sənətçi jurnalistlərin suallarına cavab verib.


Bakını sevdiyini bildirən Bastık azərbaycanlı müğənni ilə duet oxumaq istəyindən, yeni yaradıcılıq planlarından danışıb.


Bastık peşəkar musiqiylə 2010-cu ildən məşğuldur. Populyar mahnıların kaverini ifa etməklə məşhurlaşıb. Her Yerde Sen" adlı sinqlı eyniadlı serialda səslənəndən sonra daha çox populyarlaşıb.








 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri