Aya ayaq basan ikinci insan 93 yaşında evləndi




Aya ayaq basan ikinci insan olan Buzz Oldrin 93 yaşında evlənib.

LIVE.az xarici KİV-ə istinadən xəbər verir ki, Oldrin özündən 30 yaş kiçik sevgilisi ilə nikah masasına əyləşib.

Belə ki, o, toy mərasimini ad günü ilə eyni vaxta salıb.

Kosmonavt bundan əvvəl də 3 dəfə ailə həyatı qurub. 3 övladı var.

Qeyd edək ki, NASA-nın keçmiş kosmonavtı Oldrin 1969-cu ildə Neyl Armstronqla birlikdə Aya ilk kosmik uçuşda iştirak edib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri