Şakira son mahnısında eks-sevgilisini yada salıb: Roleksi Casio-za dəyişdin


Məşhur müğənni Şakiranın keçmiş həyat yoldaşı Jerar Pike və onun sevgilisini hədəfə aldığı düşünülən yeni mahnısı sosial mediada gündəm olub.

LİVE.az xəbər verir ki, 1 gün ərzində 100 milyon dinlənilən mahnının sözləri “intiqam mahnısı” kimi şərh edilib.

Ulduz cütlük 2022-ci ilin yayında futbolçunun xəyanətindən sonra ayrılıb. Məlumata görə, Pike hələ Şakira ilə münasibətdə olarkən başqa bir qızla - Cerardın prodüser şirkətində işləyən 23 yaşlı tələbə Klara Çia Marti ilə görüşməyə başlayıb.

Belə ki, mahnının sözlərində ““Ferrari”dən düşüb “Twimqo”ya mindin” ifadələri var. Müğəninin bu sözlərlə onu aldadan keçmiş sevgilisindən intiqam almaq kimi istifadə etdiyi yozulub.

Mahnıdan bir hissəni təqdim edirik:

Heç bilmirəm sənə nə olub

O qədər qəribəsən ki, səni heç ayıra bilmirəm

Mən iki 22 dəyərindəyəm

Siz “Ferrari”ni “Twingo”ya dəyişdiniz

Siz “Rolex”i “Casio”ya dəyişdiniz

Sürətlə gedirsən, yavaşla

Ah, çoxlu idman zalına getdin,

Ancaq bir az beyninizi də işlədin. 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri