Rafet El Roman Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib



Yanvarın 14-də Heydər Əliyev Sarayında məşhur türk ifaçısı Rafet El Roman möhtəşəm konsert proqramı ilə çıxış edib.

LIVE.az xəbər verir ki, səhnədən azərbaycan xalqını salamlayan müğənni Bakıda olmaqdan və yenidən bakılı izləyicilər qarşısında çıxış etməkdən məmnunluq hissi keçirdiyini deyib. “Bakıda hər konsertim mənə ayrıca bir həzz və zövq verir. Burda özümü evindəki kimi hiss edirəm.  Sizi romantik mahnılarla dolu bir gecə gözləyir".

İki saatdan çox davam edən konsertdə sənətçi köhnə və yeni mahnılarını ifa edib. Onların arasına -"Yalançı şahidim", "Senden sonra",  "Bana sen lazımsın", "Ömrümün sahibi", “Beni aff edermisin”, "Seni seviyorum" ve s.

Müğənnini səhnədə musiqiçiləri və rəqs qrupu müşayiət edib.

Qeyd edək ki,  konsertdən iki həftə öncə bütün biletlər satılıb. Konsertin təşkilatçıları - EMKI Production.

 Konsertin sonunda Azərbaycan tamaşaçıları ilə sağollaşan müğənni yaxın bir zamanda yenidən Bakıda bu möhtəşəm səhnədə konsert verəcəyini söyləyib. Konsert 27 may tarixində baş tutacaq.






 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri