“Komedixana” verilişinin ilk solo konserti baş tutdu

 
“Komedixana” verilişinin ilk solo konserti  baş tutdu

“Komedixana” verilişinin aktyor heyəti “Paytaxt salatı” adlı ilk solo konserti ilə izləyicilər qarşısına çıxdilar. Tədbir 27, 28, 29, 30 dekabrda Heydər Əliyev Sarayında baş tutdu.

 Dörd gün ərzində konserti izləməyə gələnlər arasında incəsənət aləminin tanınmış simalarıda yer aldı.

"Komedixana" — 2019-cu ildən Azərbaycanın Xəzər TV kanalında yayımlanan komediya verilişidi. “ Komediyaxana”da müxtəllif rollarda Ənvər Abbasov, Fərda Amin, Firuzə Balayeva, Xəyalə Quliyeva, Həsrət Həsrətov, Mələk Kazımova, Elnur Mahmudov, Cavidan Novruz, Zarina Qurbanova, Müşfiq Şahverdiyev və Mənsur Şərif iştirak edirlər.

Konsert büyük anşlaqla keçdi və hamının zövgünə oxşadı. Tamaşaçılar sevimli aktyorlarla köhnə ili gülə-gülə yola salıb, təzə ili təbəssümlə qarşıladılar.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri