“Atabəylər: Şəmsəddin Eldəniz” layihəsi üzrə aktyor seçimi davam edir və soundtrack hazırlanması üçün müsabiqə elan edilir

  


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycanın ilk çoxseriyalı tarixi bədii-televiziya filmi olan “Atabəylər: Şəmsəddin Eldəniz”-in musiqi tərtibatının (soundtrack) hazırlanması üçün 25 dekabrdan etibarən müsabiqə elan edir.
 
LİVE.az xəbər verir ki, life.az-a “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatına görə, ekran əsərində möhtəşəm döyüş səhnələri, dövlətçilik, sevgi, ayrılıq, xəyanət, drama, sevinc, təlaş və sair mövzular yer alacaq. Bu baxımdan, bəstələrini təqdim edən iştirakçılar müsabiqə üçün musiqilərin leytmotivini filmin mahiyyətinə uyğunlaşdırmalıdırlar.

Müsabiqənin şərtlərinə əsasən hər bir iştirakçı ən azı 1 və ən çoxu 5 musiqi parçası və fərqli leytmotivlər təklif edə bilər, bir və ya bir neçə qalib gələn iştirakçını birgə işləmək üçün layihəyə cəlb etmək mümkündür, iştirakçılar həmçinin birləşərək qrup şəklində də öz təkliflərini verə bilərlər.
Qəlib gələn iştirakçılarla musiqilərin yazılması məqsədilə müqavilə danışıqlarına başlanılacaq.

İştirakçılar öz bəstələrini info@shahdagfilm.az elektron ünvanına MP3 formatında göndərməlidirlər. Məktubda iştirakçının adı, soyadı və əlaqə nömrəsi mütləq qeyd edilməlidir.

Qeyd edək ki, müsabiqə 25 yanvar 2023-cü il tarixinədək davam edəcək.

Müsabiqədə 1-ci yerin qalibi 1.500 manat,2-ci yerin qalibi 1.000 manat, 3- yerin qalibi isə 500 manat məbləğində mükafat alacaq.
Qaliblər Azərbaycan Televiziyası, Mədəniyyət Nazirliyi və “Şahdağ Film”-in peşəkar mütəxəssislərindən ibarət münsiflər heyətinin mülahizəsinə əsasən seçiləcək və qaliblərin adları ictimaiyyətə açıqlanacaq.


Xatırladaq ki, həmçinin filmində rol alacaq aktyorlarının seçim mərhələsi keçirilir. Dekabrın 17-də Musiqili Komediya Teatrında həyata keçirilən seçim müsabiqəsinin ikinci günündə Mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

Münsiflər heyəti ekran işinə həyat verəcək ən layiqli aktyorları üzə çıxarmağa çalışırlar.

Bildirilib ki, bu filmdə çox sayda aktyorlar olmalıdı., baş rollar çoxdu. Hazırda ilk 8 bölüm üçün aktyor seçimi edilir.

Sui-qəsdlər, döyüş səhnələri, saray intriqaları, sevgi hekayələri ümumilikdə “Atabəylər: Şəmsəddin Eldəniz” serialı Azərbaycan kino sənayesində yenilikdir.

AzTV-də yayımlanacaq serial 2 mövsümdən ibarət olacaq. İlk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır. Serialda tariximizin 12-13-cü əsrlərinə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək. həmin dövrün ədəbi-bədii həyatı da diqqətdə saxlanılacaq.

Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə ərsəyə gələcək filmin çəkilişi “Şahdağfilm”ə həvalə olunub.
 









 
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57