Maestro Niyazinin 110 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir




Dekabrın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 110 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir.

LIVE.az xəbər verir ki, musiqili gecənin əvvəlində Əməkdar İncəsənət Xadimi, musiqişünas Zümrüd Dadaşzadə dirijor və bəstəkar haqqında söz açmışdır.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayev,Əməkdar artist Fuad İbrahimov və Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış etmişdir.

Fatimə Cəfərzadə (soprano), Nigar Cəlilova (xanəndə), Fəxri Kazım-Nicat (tenor) tamaşaçılara öz ifalarını təqdim etmişlər . Konsertdə bəstəkarın əsərləri səslənmişdir: “Rast” simfonik muğamı, “Vətən haqqında nəğmə”, “Xosrov və Şirin” operasından “Şirinin ariyası”, “Çitra” baletindən Süita, “Arzu”, Niyazinin işləməsində “Qaragilə” xalq mahnısı, “Qaytağı”.

Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57