"Barış Akarsu Merhaba" Nizami Kino Mərkəzində

 


Gənc yaşlarında dünyasını dəyişən Türkiyə rok sənətçisi Barış Akarsunun həyatından bəhs edən "Barış Akarsu Merhaba" filmi noyabrın 17-dən Nizami Kino Mərkəzində nümayiş olunur.

Filmin aktyor heyətində İsmail Ege Şaşmaz, Almila Ada, Şafak Pekdemir, Burak Satıbol, Ebru Nil Aydın, Aslıhan Kapanşahin, Metin Coşkun və Hüseyin Avni Danyal kimi adlar yer aldı. 

Barış Akarsunun obrazını aktyor İsmail Ege Şaşmaz ifa etdi.

Fikri Fikir Production və Aytaç Media tərəfindən istehsal olunan film Türkiyə ilə yanaşı daha 23 ölkədə yayıma çıxıb. Filmin ssenari müəllifi Mert Dikmen və Can Anardır.

Həmçinin Barış Akarsunun sağ ikən yazıb amma tamamlaya bilmədiyi mahnısı “Merhaba” İsmail Ege Şaşmaz tərəfindən ifa olunub film ilə bərabər tamaşaçılara təqdim olundu. "Merhaba" mahnısından əldə olunan gəlir Akarsunun sağlığında da dəstək verdiyi Leykemiya xəstəliyi ilə mübarizə aparan uşaqların müalicəsi üçün bağışlanacaq.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri