"Komutan" filmi Bakıda nümayışə çıxıb

 


Mert Kılıç, həyat yoldaşı Aslıhan Günər, Can Kızıltuğ və Emre Bulutun rol aldığı filmin rejissorluğu Selahattin Sancaklı və Mert Kılıça məxsusdur.
Film real hadisələr əsasında çekilib.

Filmin süjeti : xüsusi hazırlanmış bir dəstəyə Suriyada döyüşlər zamanı şəhid olmuş 3 əsgərin nəşini Vətənə geri qaytarmaq tapşırığı verilir. Hər addımında ölüm təhlükəsi olan bu tapşırığı "Soluk Kesen” adlandırılan dəstə necə yerinə yetirəcək?..

Qeyd edək ki, film Toros dağlarının enişli-yoxuşlu, dik və dağlıq – meşəlik sahələrində və Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkir 7-ci Korpusunun kazarmasının Jandarma Baş Komandanlığına bağlı ərazilərində çəkilib.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri