Türkiyəli müğənni Hadise Bakıda möhtəşəm konsert verib

 


Türkiyəli müğənni Hadise Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.

Live.az-ın xəbərinə görə, "Mega Müzik" şirkətinin təşkil etdiyi konsert 10 sentyabr Bakı Konqress Mərkəzində baş tutub.
 
Səhnədə fərqli obrazlara üstünlük verən Hadise paytaxtımızda da özünəməxsus tərzi ilə diqqət çəkib. Repertuarında yer alan hit  mahnıları ifa edən Hadise onu dinləməyə gələn tamaşaçılara unudulmaz anlar yaşadıb. Müğənni konserti "Aşk Kaç Beden Giyer?" mahnısı ilə açdı.İfaçı konserti zamanı “Şampiyon”, “Prenses”, “Yaz günü”, "Kahraman", “Sıfır tolerans”, “Küçük bir yol”, “Düm tek tek”və “Stir me up” kimi sevilən hitlərini səsləndirib. Səhnədə müğənnini musiqiçilər və rəqqaslardan ibarət qrup müşayiət edib.

 Hadise Azərbaycana hər gəlişində səmimi və mehriban qarşılandığını, azərbaycanlı fanatlarından hər zaman böyük sevgi və diqqət gördüyünü etiraf edib.
 
Pərəstişkarı Hadiseni  izdihamla qarşılayıb.  Konsert anşlaqla keçib və hamının zövgünə oxşayıb.



Türkiyəli müğənni Hadise Bakıda möhtəşəm konsert verdi 




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri