Bakıda "Şam festivalı" keçirilib


 

"Şam festivalı" Yaponiya ilə Azərbaycan arasında səmimi və dostluq münasibətlərinin daha bir təsdiqidir.

Live.az-ın məlumatına görə, bu barədə mediaya nümayəndələrinə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada deyib.

"Bu festivalın əsas mənası sağlamlıq və əmin-amanlıq üçün edilən dualar və arzularla bağlıdır. Biz bu gün bu festivalı Bakının mərkəzində keçirməsindən çox şadıq. Bu həftə biz Azərbaycanla diplomatik münasibətlərimizin 30 illiyini qeyd etdik. Bu bayram ölkələrimiz arasında isti və dostluq münasibətlərini bir daha təsdiqləyir”, - deyə səfir bildirib.

O əlavə edib ki, Bakıda keçirilən Şam Festivalı Avstraliyada keçirilən festivaldan sonra ikinci böyük festival olub.

Qeyd edək ki, bu gün Bakıda Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar “Dostluq ili” çərçivəsində Şam Festivalı keçirilib.

Bu layihə Nara prefekturasında keçirilən Nara Şam Festivalının bir hissəsidir. Nara Parkının hər yerində 20 min yanan xüsusi şam qoyulur. Bu tədbir 1999-cu ildən 10 gün ərzində hər il keçirilir və ziyarətçilərin sayı 90 min nəfəri ötür. Bakıda keçirilən tədbir zamanı xüsusi olaraq Yaponiyadan gətirilən 2100 şamdan istifadə edilməsi planlaşdırılır.








  
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57