Damla ilə Miro zərgərlik mağazasını yardılar

 


Müğənni Damla "Asılqan" adlı yeni mahnısını və klipini təqdim edib. 

Life.az xəbər verir ki, ifaçı mahnını Miro ilə duet şəklində oxuyub. "SB Film's"-ın təşkilatçılığı ilə çəkilən 3 dəqiqəlik treyler tərzdə klipdə ifaçılar polisdən qaçaraq qurtulmağa çalışan iki cinayətkar obrazı yaradıblar.

Qeyd edək ki, bəstənin söz və musiqisi Miroya, layihənin əsas təşəbbüskarı isə Damlanın prodüseri Şamil İbrahimovdur.




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri