“Biz Millerik” filminin mətbuat üçün baxışı keçirilib
- 18.08.2013, 15:27,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+

Rejissor Rouson Marşall Terberın çəkdiyi “Biz Millerik” filminin mətbuat üçün baxışı keçirilib.
Live.az xəbər verir ki, əsas rollarda məşhur aktyorlar Cennifer Eniston və Ceyson Sudeykin çəkildiyi film “Park Cinema”nın Metro Park-da olan şəbəkəsində nümayiş olunub.
Bu film uğursuz insanlara, xüsusən də uşaqlara narkotik satmayan narkotik alverçisindən bəhs edir. Onun müştəriləri arasında aşpazlar və evdar xanımlar da var.
Filmin qəhrəmanı Devid uşaqlara xoş münasibət bəsləyir. O, bəlaya düşmüş yeniyetmələrə kömək etdiyi zaman xuliqanların hücumuna məruz qalır.
Filmin sonu ilə maraqlananlar “Biz Millerik”i “Park Cinema” şəbəkəsində izləyə bilərlər.