22 İyul Azərbaycan Milli Mətbuat günü münasibəti ilə “Azərxalça” İsmayıllı emalatxanasına media tur təşkil olunub.

 

22  İyul Azərbaycan Milli Mətbuat günü  münasibəti ilə “Azərxalça” ASC İsmayıllı  emalatxanasına  media tur təşkil olunub.

Live.az xəbər verir ki, “Azərxalça” ASC 16 iyul tarixində 22 İyul Azərbaycan Milli Mətbuat günü münasibəti ilə ölkənin aparıcı media vasitələrinin nümayəndələri üçün “Azərxalça” ASC İsmayıllı emalatxanasına media tur təşkil etdi. Media turda jurnalistlərlə yanaşı “Azərxalça” ASC – nin İdarə Heyətinin sədr müavini Emin Əfəndiyev, İstehsalat direktoru Əlisəfa Nuriyev və mətbuat katibi Xatuna Abdullayeva iştirak etdilər. Tur zamanı emalatxana ilə tanış olan jurnalistlərə həm də qurumda son zamanlarda baş verən yeniliklər təqdim olundu.

“Azərxalça” da artıq ipək xalçalar da toxunur

Turistlər və yerli alıcıların istək və təlabatlarını nəzərə alaraq “Azərxalça” ASC tarixində ilk ipək xalçalar toxunmağa başlanıldı. Hazırda İsmayıllı, Kürdəmir, Nardaran, Qəbələ və İçərişəhərdə yerləşən nümayiş salonunda ipək xalçaların toxunması davam edir. İpək xalçaların xammalı olan ipək “Azəripək” dən əldə olunur, iplər “Azərxalça” nın tərkibində xüsusi üsullarla, təbii boyalarla boyanır. Xammalın bahalığı və sərf olunan əməyin daha uzunmüddətli və ağır olmasını nəzərə alaraq ipək xalçaların maya dəyəri yun xalçalardan daha yüksək olur.

“Azərxalça” dan ipək xalçalar əldə etməklə yanaşı, bütün növ, istənilən ölçüdə xalçaların ipək variantlarını sifariş etmək mümkündür. Gələcəkdə qurum ipək xalçaların daha geniş istehsal və satışını nəzərdə tutur.

“Azərxalça” ASC- də islahatlar davam edir

“Azərxalça” ASC – də işçilərimizin rifahı, xalça istehsalatın keyfiyətinin artırılması və satış həcminin yüksəldilməsi üçün islahatlar: emalatxanaların birləşdirilməsi və toxucuların sertifikasiyası davam edir.

“Azərxalça” emalatxanalarının hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün yüksək iş şəraiti yaradılıb, onların rahatlığının təmin olunması üçün nəqliyyat vasitəsi ayrılıb. Amma bəzi emalatxanalarda hazırda işçi sayı çox azdır. Bundan əlavə emalatxanaların bəziləri eyni ərazidə yerləşir, halbuki həmin ərazi üçün bir emalatxananın fəaliyyəti kifayətdir. Əlavə xərclərin, lazımsız israfların, aylıq böyük məbləğli kommunal xərclərin qarşısını almaq məqsədi ilə emalatxanaların fəaliyyətində islahatlar- eyni ərazidə yerləşən, az işçili emalatxanaları daha böyüklərinə birləşdirmək kimi işlər aparılır. Birləşdirilən emalatxanalar sırasında İsmayıllı 1 və İsmayıllı 2 (artıq İsmayıllı emalatxanası), var. Birləşdirilən emalatxananın işçilərinin digər emalatxanaya gedə bilməsi üçün xüsusi avtobuslar ayrılıb. Birləşdirildikdən sonra boş qalan emalatxana dövlətə təslim olunub.

Regionlarda məşğulluğun artırılmasında, xüsusilə qadınların işə cəlb olunmasında bəlli rolu olan “Azərxalça” ASC- nin edilən bütün islahatlarda əsas məqsədi istehsalın keyfiyyətinin artırmaq, satışı stabilləşdirmək, işçilərin rifahını artırmaqla “Azərxalça” ASC-ni dövlətə xeyir verən bir quruma çevirməkdir!

“Azərxalça” ASC xarici bazarda yerini möhkəmləndirir, yeni satış nöqtələri və əməkdaşlıqlar: Bruney və Avstraliya

Həm yerli, həm də xarici bazarda yerini möhkəmləndirmək, satış miqdarını yüksəltmək və xalçaçılığın, Azərbaycan xalçalarının inkişaf edərək dünyaya açılmasına, müasir interyerin tələb olunan bir hissəsinə çevrilməsi yolunda “Azərxalça” ASC xaricdə satış nöqtələrinin sayını artırmağa davam edir. Cəmiyyətin bu yaxınlarda Bruneydə məhşur ticarət mərkəzlərindən birində, Avstraliyada isə online satış nöqtəsi xalça sevərlərin istifadəsinə verilib.

“Azərxalça” ASC yerli və xarici müştərilərdən maraqlı sifarişlər qəbul edir

“Azərxalça” ASC –d ə yerli, xarici, şirkət və ya fərdlərdən istənilən növdə sifarişlər qəbul olunur. İsmayıllı emalatxanasındakı Səudiyyə Ərəbistanından olan qonaqlarımızdan , müştəridən qəbul olunmuş maraqlı sifarişi sizlərə təqdim edirik. Müştərilə ənənəvi Xiləfşan xalçasını daha adət etdiyimiz rənglərdə deyil, cəmi 4 tonda sifariş ediblər. 4 ədəd 25kv öçüdə və iki balaca ölçüdə xalça “Azərxalça” nın İsmayıllı və Kürdəmir emalatxanalarında toxunur. Bütün sifariş sentyabr ayının sonunadək bitəcək.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57