"Pələng" monotamaşası Bakıda nümayiş olundu

  



15 iyun Teatr Xadimləri İttifaqının kiçik səhnəsində Sumqayıt Dövlət Dram Teatrının "Pələng"adlı monotamaşası nümayiş olundu. 

LIVE.az xəbər verir ki, tamaşa "Pələng" adlı, küçəyə atılmış itin aqibətindən bəhs edir.  Monopyesin müəllifi- Ülviyyə Heydərova.Quruluşçu- rejissor - Ümid Abbas Nihani.  Tamaşanın rəssamı- Elşən Sərxanoğlu. 

 
 Gənc rejissor Ümid Abbas səhnədə cəmi iki dekorasiya elementindən istifadə edib– zəncirlərdən sallanan şlyapalar və taxta dekor. Həmin taxta dekor tamaşa boyu gah it yuvasına, gah hasara, gah qəbir daşına, gah itin oyun mərkəzinə çevrilirdi. Gənc aktyor Kamran Muradovun ifasında İt tamaşanın əvvəlində saf, məsum, çarəsiz, əsərin sonunda isə qeyrəti tapdanmış sahibinin papağını parça-parça edərək yerə çırpan qəddar “Pələng” olmuşdu. 

Körpə vaxtı sahibinin xanımına aldığı kiçik it balasına “Pələng” adı verilir. Ev sahibəsinin ərinə olan xəyanətini gördükdən sonra ona verilən adın mahiyyətini dərk etməyən İtin içindəki “pələng” üzə çıxır. Sahibinin ölümündən sonra, xanımla yeni sevgilisindən intiqam almaq üçün it onlara hücum edir və nəticədə evdən qovulur. Ac-susuz küçələrdə sərgərdan qalan İt özünü sahibinin məzarı başında “tapır”və anlayır ki xəyanətkar tek xanım deyil, hemdə sahibidi. Pələng sahibin papağını dişləriylə parçalayıb, səhnəni tərk edir. İt də olsa, o, xəyanəti heç kimə bağışlamır.  

     


Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57