İsraildə “Azərxalça”-nın rəssam Rami Meirlə əməkdaşlığına aid xalçalar və ənənəvi Quba xalçaçılıq məktəbinə aid xalça kolleksiyası sərgilənir [FOTO]






“Xalça İncəsənət əsəri kimi: Sərhədlərdən uzaq. Zamansız ” sərgisi  2022-ci il iyulun 13-də Təl-Əvivdəki Herbert Samuel dokunda (gəmi təmiri karxanası) tamaşaçıların ixtiyarına verilib. Ekspozisiya Azərbaycan Turizm Bürosunun İsraildəki nümayəndəliyi və “Azərxalça” ASC  tərəfindən təşkil olunub.

Layihə dünya incəsənətinin ayrılmaz parçası Azərbaycan mədəniyyəti, adət-ənənələri və sənətkarlığının, eləcə də dövlətdə uzun əsrlər boyu sülh şəraitində mövcud olan İsrail irsinin unikallığına həsr olunub.

Təşkilatçılar tərəfindən dəvət olunmuş dağ-yəhudi əsilli İsrail rəssamı Rami Meirin (Rəhəmim Migirov) yaradıcılığı  izləyənləri ölkənin xarakteri və rəngləri ilə tanış etməyə kömək edəcək.

Ekspozisiyada İudaikaya həsr olunmuş silsilə rəsm əsərləri, “Rami Meir Art” və “Azərxalça” ASC-nin birgə əməkdaşlığı ilə Meirin rəsmlərinin süjetləri əsasında yaradılmış xalça pannoları nümayiş etdirilir. Bundan əlavə mərkəzdə “Azərxalça” ASC-də toxunmuş ənənəvi Quba xalçaçılıq məktəbinə aid xalça kolleksiyası da sənətsevərlərin diqqətinə tədim olunur.

 Tədbirin açılışında Rami Meir və onun yaradıcı qrupu, “Azərxalça” ASC yaradıcılıq qrupunun nümayəndələri və ATB-nin İsraildəki nümayəndəliyinin direktoru Cəmilə Talıbzadə iştirak ediblər.

“Meir kimi  məhşur sənətkarı  İsraildə qəbul etməkdən çox şadıq. İrs, adət-ənənələr və mədəniyyət, eləcə də orijinal incəsənət turistləri hər zaman cəlb edən əsas amillərdəndir və Azərbaycan sadaladıqlarımın hər biri ilə zəngindir. Biz xüsusilə Rami Meirin təsirli yaradıcılığı ilə yanaşı, yəhudi irsinə və onun Azərbaycandakı köklərinə diqqəti cəlb etməyi hədəfləyirik”, - ATB-nin İsraildəki nümayəndəsinin direktoru Cəmilə Talıbzadə sərginin açılışı zamanı bildirib.

Xatırladaq ki, Rami Bakıda anadan olub. Bakının yeri onun qəlbində daim özəldir.  Onun bütün yaradıcılıq layihələrinin özəlliyi  isə mənəvi dolğunluq, yəhudi xalqının müqəddəs kitablarının  müdrikliyi, fəlsəfəsi və biliyinin əksidir.
















 
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57