Dünya şöhrətli israilli kamança ifaçısı Mark Eliyahu Bakıda solo konsertlə çıxış edib




Ümumdünya şöhrətli israilli kamança ifaçısı Mark Eliyahu Bakıda solo konsertlə çıxış edib.

Dünya şöhrətli kamança ustası Mark Eliyahu  Bakıda konsert verib.Əfsanəvi kamança ustası  iyunun 19-da Heydər Əliyev Sarayında “Sevgi haqqında” ("About Love") adlı maraqlı turne çərçivəsində çıxış edib. Konsertin təşkilatçısı Boom! Group şirkətidir.

İfaçını Azərbaycanla çox şey bağlayır. Çünki o, məhz burada 22 il əvvəl ilk dəfə kamança ilə tanış olub və onda ifa etməyi məhz bu ölkədə öyrənib.

Qeyd edək ki, 1982-ci ildə  Dağıstanda doğulan israilli kaman ifaçısı Yunanıstanda kamança ilə tanış olsa da, Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət Vəzirovdan dərs alıb. Markın atası Piris Eliyahudu məşhur bəstəkar və tar ifaçısıdır.  

Bakı konsertində o səhnəni məşhur oğluyla bölüşüb.
Mark Eliyahu virtuoz ifası ilə xüsusi ab-hava yaradaraq Azərbaycan tamaşaçılarına gözəl canlı musiqilər bəxş edib. Konsert anşlaqla keçib və hamının zövgünə oxşayıb.


   



Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57