İlyas Yalçıntaş Bakıda konsert verib

İlyas Yalçıntaş Bakıda konsert verib

Türkiyənin məşhur estrada müğənnisi İlyas Yalçıntaş Bakıda konsert verib.Türk estradasının ulduzu və qəlbləri fəth edən İlyas Yalçıntaş möhtəşəm səsi və musiqiləri ilə iyunun 11-i "Elektra"da pərəstişkarlarına musiqi dolu saatlar yaşadib.

Qeyd edək ki, Türkiyənin reytinqli layihələrindən olan "X- Factor" yarışmasındakı "İncir" ifası ilə tanınan İlyas "Gel be gökyüzüm", "İçimdeki duman" mahnıları ilə məşhurlaşıb.

İlyas Yalçıntaş Bakıda konsertində ilk olaraq “İçimdeki duman” mahnısını səsləndirib.

O, gecəboyu pərəstişkarları qarşısında bir-birindən hit və sevilən mahnılarını səsləndirdi.

Həmçinin, yerli ifaçılardan Ayaz Babayev, Noton və Mehdi Sadiq də gecəyə xüsusi rəng qatıb. Konsert proqramı izləyicilər tərəfindən yüksək qiymətləndirilib.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri