Türkiyəli ulduz Gülşən Bakıda möhtəşəm konsert verib



Gülşən Bakıda möhtəşəm konsert verib

LİVE.az xəbər verir ki, son zamanlar səhnə geyimləri və "Lolipop" mahnısı ilə gündəmdə olan türkiyəli müğənni Gülşen Bakıya təşrif buyurub.

"Mega Müzik" şirkətinin təşkil etdiyi konsert 27 may Bakı Konqress Mərkəzində baş tutub. 

Səhnədə fərqli obrazlara üstünlük verən Gülşen paytaxtımızda da özünəməxsus tərzi ilə diqqət çəkdi. Belə ki, sənətçiyə Bakı səhnəsi üçün xüsusi geyim məxs Bakıda hazırlanıb. 

 Belə ki, onun libasını aktrisa Nərgiz Əliyevanın sahibi olduğu moda evi ərsəyə gətirib.

 Bakı Konqres Mərkəzində baş tutan konsertdə aparıcı Vüsalə Əlizadənin təqdimatından sonra müğənni səhnəyə çıxıb və "Lolipop" mahnısı ilə gecəyə start verib.

7 il sonra Bakıda komandası ilə səhnəyə çıxan müğənni 1,5 saatlıq proqramda sevilən hitlərini səsləndirdi.

O, "Bergen" filmindən sonra daha da məşhurlaşan mərhum müğənni Bergenin "Sen affetsen, ben affetmem" mahnısını ifa edib.

Pərəstişkarı Gülşəni izdihamla qarşılayıb.  Konsert anşlaqla keçib və hamının zövgünə oxşayıb.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri