Mark Eliyahu Bakıda konsert proqramı ilə çıxış edəcək

Mark Eliyahu yenidən Bakıya gəlir

Məşhur kamança ustası Mark Eliyahu yenidən Bakıya gəlir.

Live.az xəbər verir ki,  Markın maraqlı repertuardan ibarət dinamik və emosional konsert proqramı Heydər Əliyev Sarayında baş tutacaq.

19 iyunda keçiriləcək konsert sənətçinin “About Love” adlı turnesi çərçivəsindədir. 

Qeyd edək ki, 1982-ci ildə  Dağıstanda doğulan israilli kaman ifaçısı Yunanıstanda kamança ilə tanış olsa da, Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət Vəzirovdan dərs alıb. Markın atası da məşhur musiqiçi Piris Eliyahudur.




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri