Müasir "Çalıquşu"nun ilk görüntüləri ortaya çıxdı (FOTO)
- 15.08.2013, 19:50,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+

Rəşad Nuri Güntekinin eyni adlı romanından götürülərək dövrümüzə uyğunlaşdırılan “Çalıkuşu” serialının ilk görüntüləri yayılıb. Live.az-ın “Qafqazinfo”a istinadən verdiyi məlumata görə, türk mətbuatı yeni mövsümün iddialı seriallarından olan “Çalıkuşu”nun ilk görüntüləri ortaya çıxıb.
Kanal D-də ekrana gələcək serial 1986-cı ildə TRT-də tamaşaçıların qarşısına çıxıb. Rəşad Nuri Güntekinin ölümsüz əsəri “Çalıkuşu” 27 il sonra Fahriye Evcen (Feride) və Burak Özçivit (Kamuran) ilə təkrar ekrana gələcək. Çalıkuşunun rejissorları isə Çağan Irmak-Doğan Ümid Karacadır. Fahriye Evcen seriala ciddi hazırlaşdığını, serialın cərəyan edəcəyi dövrlə əlaqədar araşdırmalar etdiyini, romanı 2 dəfə oxuduğunu bildirib. Evcen Feride obrazını makiyaj etmədən oynayacaq.
Qeyd edək ki, Feride xarakterini 27 il əvvəl Aydan Şener, Kamuran xarakterini isə Kenan Kalav oynamışdı.