Türkiyənin məşhur müğənnisi Sibel Can Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib



Türkiyənin məşhur müğənnisi Sibel Can Bakının qonağı olub.

LIVE.az xəbər verir ki, Konsert üçün paytaxta təşrif buyuran sənətçi 14 may Bakı Konqres Mərkəzində musiqisevərlər qarşısına çıxıb.

Konsetden öncə, sevilən ifaçı Bakı ilə bağlı təəssüratlarını KİV-lə bölüşüb: 

“Sonuncu dəfə 3il öncə canım Ruhimin (Ruhi Əliyeva) ad günündə Bakıda konsert verdik. Möhtəşəm idi, mənim üçün unudulmazdır. Burada özümü çox yaxşı hiss edirəm. Bakıda musiqi savadına sahib bir dinləyici var, bu sənətçi üçün çox qiymətlidir. Məni də çox sevirlər. Alqışları, çiçəkləri ilə unudulmaz konsertlər baş tutur Bakıda. Bu gecə də biletlər günlər əvvəldən satılıb. Mənim üçün qürurdur. Bakı konsertləri başqa olur”. 

 Sibel Can konsertdə Qarabağ zəfərinə görə Azərbaycan xalqını təbrik edib.

“Hörmətli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başda olmaqla, Qarabağın işğaldan azad edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Zəfəriniz zəfərimizdir. Qarabağ Azərbaycandır!”.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Musiqili proqram zamanı ifaçı böyük orkestrla birlikdə sevilən ifalarını səsləndirib. Konsertde həmçinə Ajda Pekanın, Kanan Doğulunun, Serdar Ortacın ve digər tanınmış müğənillərin mahnıları yer alıb. 

 Tədbir “Peachline” və “Kevents Group”un təşkilatçılığı ilə baş tutub.











     
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri