"CinemaHit” multimedia şousu nümayiş olunacaq

  

“ART-EAST MEDIA GROUP” şirkəti 23 aprel 2022-ci il saat 20:00-da paytaxt sakinləri və şəhərimizin qonaqlarını, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrini “CinemaHit” multimedia şousuna dəvət edir.

Təqdim olunacaq multimedia şou layihəsi “Azərbaycanfilm” kinostudiyasının dəstəyilə Bakının ecazkar sənət məkanlarından biri olan Nizami Kino Mərkəzində baş tutacaqdır.

“CinemaHit” multimedia şousunda şirkətimizin nəzdində uğurla fəaliyyət göstərən “AVANQARD” Kamera orkestrinin ifasında Azərbaycan və dünya kinematoqrafının ən sevilən kinofilmlərin saundtrekləri yeni aranjemanda ilk dəfə olaraq tamaşaçılara təqdim ediləcək. Əlamətdar haldır ki, böyük sevgi və rəğbət qazanmış filmlərdən olan musiqi əsərləri parlaq rəqs ifaları, xoreoqrafik kompozisiyalar və cizgi filmlərindən olan məşhur fraqmentlərlə müşayiət olunub, canlandırılacaq.

Dünyanı cənginə almış COVİD-19 pandemiyasının sərt qapanmalarından sonra “AVANQARD” Kamera orkestrinin təqdim edəcəyi multimedia şousu tamaşaçılarda yeni bədii zövq formalaşdırıb, uzun müddətə xoş təəssürat yaradacaqdır.

Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57