Xalq yazıçısı Rüstəm İbrahimbəyovla Bakıfa vida mərasimi başa çatıb

  


Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatıb.

LİVE.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri çıxış ediblər.

Onlar R.İbrahimbəyovla bağlı xatirələrini bölüşüblər, onun Azərbaycanın kino, teatr və ədəbiyyatı sahəsindəki böyük xidmətlərini vurğulayıblar, Xalq yazıçısının ölümünü ağır itki kimi qiymətləndiriblər.

Rüstəm İbrəhimbəyovun oğlu Fuad İbrahimbəyov atasının cənazəsinin Azərbaycana gətirilərək Bakıda Fəxri xiyabanda dəfn olunmasına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57