“O” layihəsi təqdim olundu

Latviya Səfirliyi, BMT-nin Azərbaycandakı Nümayəndəliyi və Norveçin Ankaradakı Səfirliyi ilə birgə “Qız Qalası: Qadın olmaq” layihəsinin davamı olaraq Gender Bərabərliyi üzrə Beynəlxalq Müasir İncəsənət “O” layihəsinin təşkili ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançs qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Bildirib ki, “O” adlandırdıqları layihənin icrasına bu gün start verilir və noyabrın 30-dək davam edəcək. “Layihənin icrasına məhz bu gün başlamağımızın səbəbi budur: istədik 8 mart bayramı günlərinə təsadüf eləsin. Layihənin əsas mövzusu dayanıqlı gələcək üçün qadınların rolunu vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı Qətnaməsinə həsr olunub”, - deyib Latviyanın ölkəmizdəki səfiri Qarançs.  

Daha sonra çıxış edən Latviya səfirliyinin missiya rəhbərixanım Vija Busa layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, layihə incəsənət vasitəsilə mesajlar verməkdədir: “Bu il Latviya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2026-2027-ci illər üçün üçün namizədliyini irəli sürüb. Odur ki, bu layihə bizim xalq diplomatiyasının davamı adlana bilər. Layihəmiz gender bərabərliyinə həsr olunub. Qadınların hüquqlarından danışarkən bu gün Ukraynada gedən müharibəyə diqqət yönəltmək istərdim. Müharibəyə son qoyulmalıdır. Latviyanın məsələ ilə bağlı mövqeyi aydındır. Latviya hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Ona görə də belə layihələrin həyata keçirilməsi, qadınların təhlükəsizliyi bizim üçün çox önəmlidir. Bu layihəni həm xalq diplomatiyası, həm də siyasi məsələ kimi başa düşmək olar. Bu, bizim incəsənət vasitəsilə mesajımızdır".

Xanım Busa çıxışının sonunda qeyd etdi ki, aprelin 4-də Latviya səfirliyi olaraq rejissor İnara Kolmanın da iştirakı ilə film nümayiş etdirəcəklər. Ümumiyyətlə, layihə boyunca daha iki animasiya filmini tamaşağılara təqdim edəcəklər. Noyabrda biz BMT-nin Azərbaycandakı Ofisi, Azərbaycan Xarici İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq üzrə Dövlət Komitəsi, Prezident Admnistrasiyası və sair dövlət qurumları ilə birlikdə “Qadınlar dayanıqlı sabah” adlı konfrans keçiriləcək.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva çıxışında müharibədə qadınların rolundan bəhs edib. O vurğulayıb ki, BMT Baş katibi son iki həftə ərzində verdiyi mesajlarda çox qətiyyətli olub. “Ukraynadakı vahiməli vəziyyətdən danışmamaq olmaz. Bu gün Rusiyanın işğalçı yürüşü nəticəsində Ukraynadan 1,5 milyondan artıq insan ev-eşiyindən qaçqın düşüb. Bu isə Ukrayna xalqı üçün II Dünya Müharibəsindən sonra ən böyükfaciədir. Həmin milyonyarım qaçqının yarısı isə məhz qadınlardır. BMT-nin Baş katibi də çağırış edərək bildirib ki, müharibə mütləq dayandırılmalıdır“ deyən V.Andeeva qeyd edib ki, Azərbaycan da son illər qadınlarla bağlı mühüm layihələr həyata keçirib.
Daha sonra tanınmış fotoqraf Rza Deqqəti, rəssam Səbinə Şıxlinskaya və sair qonaqlar da çııxş edərək öz fikirlərini çatdırdılar.

Sonda layihə ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.

Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57