Vaqifin məqbərəsindəki büstünün müəllifi vəfat edib


Əməkdar rəssam, heykəltəraş, Prezidentin fəxri diplomunun laureatı Albert Mustafayev 91 yaşında vəfat edib.

Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.

Heykəltəraş bu gün səhər saatlarında vəfat edib.

Albert Mustafayev 26 yanvar 1931-ci il Şəkidə doğulub. Sənətkar Bakı şəhərində “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Nizami Kino Mərkəzinin baş fasadındakı “Nizami Gəncəvi” heykəlinin, Şuşada, Molla Pənah Vaqifin məqbərəsində qoyulmuş Vaqifin büstünün müəllifidir.

Allah rəhmət eləsin!
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57