Faiq Agayev, Nigar Camal və digər ulduzlar Xeyriyyə konsertində çıxış edəcək




Avropa Azərbaycan Məktəbi musiqi sevərləri 7 Mart saat 18. 30da Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil etdiyi Xeyriyyə Konsertinə dəvət edir. Konsert boyu sevilən müğənnilər Ellada Eyvazova, Leyla Izzətova, Nigar Camal, Faiq Agayev öz çıxışları ilə tamaşaçıların zövqünü oxşayacaqlar. Bununla belə, tanqo, Piksel şousu, Zərb alətləri şousu, Milli Rəqs Şousu və Lazer şousu da tamaşaçılara xoş istirahət bəxş edəcək.

Tədbirdən əldə edilən bütün vəsait Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə ianə ediləcəkdir.

Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzi 2007 ci iləd Kəmalə Ağazadə tərəfindən Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində təsis edilmişdir və 24 saat ərzində faliyyyət göstərir. Mərkəzdə insan alverinin, məişət zorakılığının qurbanı olan və ya potensial qurban olan baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyası həyata keçirilir. Mərkəzdə küçədə yaşayan, kimsəsiz,baxımsız və həssas qrupdan olan uşaqlara sosial, psixoloji, hüquqi yardımın göstərilməsi, onların sığınacaqla, təhsillə, paltarla, qida ilə,asudə vaxtının təşkili ilə bağlı və s. zəruri xidmət və tibbi yoxlama ilə təmin edilmələri həyata keçirilir.

Sığınacağın fəaliyyəti könüllülər tərəfindən həyata keçirilir və xeyriyyə fondları tərəfindən maliyyələşir. Sığınacaq il ərzində 250 uşağa yardım göstərir. Ötən illər ərzində sığınacaq 1000-ə yaxın uşağa dəstək göstərmişdir.

Ümid edirik ki, təşkil olunan konsertdən əldə olunan vəsait daha cox sayda qayğıya ehtiyacı olan uşaqlara dəstək olmağa yardım edəcək.

Beləliklə, AAM bütün xeyirxah insanları bu xoş məramlı işdə bizə dəstək olmağa dəvət edir!

Avropa Azərbaycan Məktəbi, Abbasqulu Abbaszadə 17
Konsert üçün biletin qiyməti 40 AZN-dir.
Telefon: (994 50) 290 77 52







Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57