Azərbaycanda rəsm qalereyaları ilə bağlı yol xəritəsi hazırlanıb

 


Azərbaycan regionlarında fəaliyyət göstərən rəsm qalereyaları ilə bağlı yol xəritəsi hazırlanıb.

Bu barədə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva məlumat verib.

Onun sözlərinə görə, məqsəd rəsm qalereyalarına peşəkar kadrların yetişdirilməsi və ümumi fəaliyyətin təkmilləşdirilməsidir.

Nazir müavini deyib ki, rəsm qalereyaları ilə bağlı ardıcıl şəkildə maddi-texniki bazanın möhkəmləndirilməsi, kadr siyasətinin düzgün aparılması, maarifləndirilmə istiqamətində tədbirlər həyata keçirilir.

S.Məmmədəliyeva həmçinin rəsm qalereyalarında saxlanılan Azərbaycan rəssamlarının yaratdığı yüksək bədii və tarixi əhəmiyyətə malik əsərlərin qorunması, respublika və beynəlxalq sərgilərdə nümayişi, qalereyalarda müxtəlif tədbirlərin keçirilməsi, əməkdaşların və rəhbər işçilərin kadr-peşə hazırlığının artırılması istiqamətində lazımi işlərin həyata keçirilməsi ilə bağlı müvafiq layihələr hazırlandığını da bildirib.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57