" Zamanla yarış" filmi Nizami Kino Mərkəzində

Nizami Kino Mərkəzində “Zamanla yarış” filminin nümayişi başlayib

Filmdə Naomi Uotts, Kolton Qobbo, Syerra Moltbi və başqaları çəkilib. Filmin süjet xəttinə görə Emi Karr səhər qaçışı zamanı oğlunun atışmanın episentrində olduğunu öyrənir. Bəs ana övladını xilas etmək üçün nəyə hazırdır? Dünyada ümidə yer qalmayıb. Kömək gözləməyə də yer yoxdur, çünki şəhərlər bir-birinin ardınca təcrid olunduğunu elan edəndə hətta hakimiyyət orqanları da aciz qalır. Leykvud adlı şəhər ölkədən ayrılaraq müstəqil dövlətə çevrilir. Məhz burada ölümlə yarış və zamanla mübarizə aparılacaq. ABŞ istehsalı olan filmin rejissoru Fillip Noysdur.


Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57