Bakıda "CİNEMAHİT" multimedia şousu baş tutacaq

Bakıda "CİNEMAHİT"  multimedia şousu baş tutacaq.

Azərbaycanda ilk dəfə!

 12-13 Fevral, saat 20:00- da, “Art-East Media Group” şirkətinin təşkilatçılığı ilə "CİNEMAHİT" multimedia şousu baş tutacaq.
 
Layihə “Azərbaycanfilm” Kinostudiyasının, CinemaPlus kinoteatrlar şəbəkəsinin dəstəyi ilə Bakının mərkəzindəki müasir tamaşa salonlarından olan - DTX-nin Mədəniyyət Mərkəzində keçiriləcək. "Avanqard" kamera orkestrinin ifasında ən sevdiyiniz kinofilmlərin saundtrekləri yeni aranjmanla ilk dəfə təqdim ediləcək. Məşhur filmlərin unudulmaz musiqiləri, parlaq rəqs nömrələri, xoreoqrafik kompozisiyaları və cizgi filmlərindən tanış fraqmentlərlə canlanacaq.
 
Biletləri iTicket.AZ saytından və şəhərimizin kassalarından əldə edə bilərsiz.
https://iticket.az/events/concerts/cinemahit-multimedia-show

 Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küç 3.
Əlaqə nömrələri: (051) 567-36-39, (099) 366 36 39

Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57