Musiqili Teatrda premyera – “Bir nəfəs qədər” 


10 dekabr Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan "Bir nəfəs qədər" tamaşasının premyerası baş tutdu. 

SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. 
         
Tamaşada eyni zamanda Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.

Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Ofelya Novruzqızı, Murad Əliyev iştirak etdilər.

 "Bir nəfəs qədər" tamaşası Samir Qulamovun eyniadlı pyesi əsasında səhnəyə qoyulub. 

 Tamaşanın əsas obrazı oğlunun şəhid olduğuna inanmayan, onun yolunu həsrətlə və böyük ümidlə gözləyən anadır. O, inanır ki, oğlu nə vaxtsa sağ-salamat evə qayıdacaq və bir gün "arzusuna çatır". Oğlu sağsalamat qayidır,  ana onun daha heç yerə getməməyini, daim yanında qalmağını arzulayır... Amma bu bir  yuxudu,  bir xəyaldı,  şəhid anası çətin olsada bunu anlayır, o bundan sonra oğlunun xəyalı ilə yaşamağa məhkumdur...

 Sonda Musiqili Teatrın direktoru Əliqismət Lalayev Vətən müharibəsində canından keçən igidlərdən söz açdı, şəhidlərə rəhmət dilədi və daim qəlbimizdə yaşayacağlarını vurğuladı. Tamaşanın yaradıcı heyətinə və tamaşaçıların hər birinə təşəkkür edən Əliqismət Lalayev teatrın şəhid olmuş əməkdaşı Əliağa Məmmədovu yada saldı, şəhid anasının tamaşaçılar arasında olduğunu bildirdi. Hamı şəhid anasını ayaq üstə alqışladı, tamaşada rol alan aktyorlar isə onu baqrına basıb gül dəstələrni hədiyyə etdi.



 



 
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57