Beynəlxalq Muğam Mərkəzində qazilərmiz şeirlərini səsləndirdi


5 noyabr Beynəlxalq Muğam Mərkəzində şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən "Söz” ədəbi layihəsi çərçivəsində "İgidlərin sözü” adlı proqram təqdim olundu.Poeziya gecesini öz möhtəşəm ifası ilə Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tanınmış pianoçu Murad Hüseynov açdı.

Tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər öz yaradıcılıq nümunələrindən  şeirlər və esselər səsləndirdi.
 
Proqrama nəyin ki Bakıdan, regionlardan olan qazilər də qatıldı. Gecədə şeirlər arasında döyüşlər zamanı qələmə alınan nümunələr də yer aldı. Qazilərimizin qələmə aldıqları bədii nümunələrdə döyüş meydanında qəhrəmanlıq göstərərək şəhidliyə ucalan, qazi olan Vətən oğullarının ürək döyüntüləri, qəlb çırpıntıları var.
 
Tədbirdə Qarabağ müharibəsi zamanı lentə alınan videogörüntülər nümayiş olundu və hər kəs bu od-alov içindən çıxan igidlərin müharibədə, cəbhədə keçirdikləri hisslərlə tanış oldu.

  Vətən uğrunda canından, qanından keçən Vətən oğullarının bütün dünyaya səs salan bu Zəfərini yaşatmaq üçün gözəl təşəbbüslərdən olan "İgidlərin sözü " proqramı Vətəni azad edən igidlərimizi həm də yaradıcılıq rakursundan ölkəmizə tanıtdı.  

 Bir daha Azərbaycanlı olmağımızla fəxr elədik. Qəhraman igidləri yaxından görmək isə özü bir xoşbəxtlikdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərmizə cansağlığı versin! Dəyərli Nigar Həsənzadəyə bu gözəl, isti və mehriban gecəni  bəxş etdiyinə görə, bələ layihəni həyata keçirdiyinə göre sonsuz təşəkkür bildiririk.



Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57