"Azərxalça"nın istehsal xalçaların arxasında QR kodlar olacaq

   

 

"Azərxalça" daha bir yeniliyə imza atıb.


LIVE.az xəbər verir ki, artıq "Azərxalça"nın istehsal xalçaların arxasında QR kodlar olacaq. Bu isə o deməkdir ki, istər yerli vətəndaşlar, istərsə də əcnəbi şəxslər "Azərxalça"dan aldığı xalçalar haqqında lazımı məlumatları bu QR kod vasitəsilə əldə edə biləcək. Xalça haqqında bütün məlumatlar "Azərxalça"nın operatrları tərəfindən ümumi reyestrə yerləşdirilir. Müştəri  də öz növbəsində xalça haqqında ən dolğun məlumatı bu yolla əldə edir. Bu proqram gömrük işçilərinin də işini xeyli yüngülləşdirəcək.


Qeyd edək ki, "Azərxalça" ASC yaxın günlərdə gömrük işçilərinə ""Azərxalça"nın xalçalarını necə tanımaq olar" mövzusunda seminar keçib.  Saxta xalçaları necə tanımaq lazım olduğu seminarın əsas mövzularından biri olub.


Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57