Şəkinin kiçik modeli hazırlanıb



"Yurd Yaddaşı" ekspozisiya muzeyində Şəki şəhərinin tarixi abidələri maket formasında bir arada nümayiş olunur.

Qədim tarixi abidələrlə zəngin olan Şəkini bir də bu formada görmək mümkündür. Şəkiyə gələn və Şəkinin hər yerini gəzmək imkanı olmayan qonaqlar şəhərin balaca modeli ilə bu muzeydə tanış ola bilərlər.

Gələn qonaqlar isə burada bələdçilər tərəfindən ətraflı məlumatlandırılır. 2 mərtəbədən ibarət olan Ekspozisiya zalının birinci mərtəbəsində Şəkinin qədim hissəsi, tarix memarlıq qoruğunun yerləşdiyi ərazinin maketi və tarixi şəxsiyyətləri nümayiş olunur. İkinci mərtəbədə isə Şəki sənətkarları ilə Şəkidə inkişaf etmiş sənət nümunələri yer alır. Muzeydə ən diqqət çəkən maketlər isə, unikal abidə olan Şəki Xan sarayı, Yuxarı və aşağı karvansaraylar, Şəki xanlarının, bəylərinin evləri və digər tarixi abidələrdir.

Bu muzeyə maraq xüsusilədir. Şəki sakinləri, ziyalıları qədim, antik əşyalarını muzeyə bağışlayırlar. Diyarşünas Elşən Zəkəryəbəylinin sözlərinə görə, burada 40-dan artıq tarixi abidələrin maketləri mövcuddur. Bununla yanaşı Şəkinin tarixi şəxsiyyətlərinin fotoları və onlar haqqında məlumatlar da muzeydə nümayiş olunur.

Ekspozisiya zalında nümayiş etdirilən eksponatlara gələcəkdə xarici turistlərin də marağının artacağı gözlənilir. Şəkini bütövlükdə gəzərək görmək imkanı olmayan hər kəs Şəkinin balaca modeli ilə tanış ola bilər.




Report
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57