Məşhur hind aktyoru Rişi Kapur vəfat edib




Hindistanın tanınmış aktyoru Rişi Kapur vəfat edib.

NDTV telekanalının məlumatında bildirilir ki, Rişi Kapur 68 yaşında Mumbai şəhərindəki klinikalardan birində xərçəngdən dünyasını dəyişib.

Bollivudun məşhur aktyorlarından olan Rişi Kapur görkəmli aktyor və rejissor Rac Kapurun oğludur.

Rişi Kapura uğuru baş rolda çəkildiyi “Bobbi” filmi (1973) qazandırıb. Filmin rejissoru atası Rac Kapur olub. Həmin il Rişi Kapur Hindistanda ilin aktyoru seçilib.

Bundan başqa, onun çəkildiyi “Qisasçı”, “Ömər, Əkbər, Antoni”, “Məhəbbət xəstəliyi” və digər filmlər dünyada, xüsusən də keçmiş SSRİ məkanında çox sevilib.


APA
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57